B&B T&I heyəti beynəlxalq təhlükəsizlik standartları, nəzəriyyələr, xidmətlər, ideya və məhsullar üzrə tədqiqatlar aparır. Komanda bu komponentlərin təhlükəsizliyini artıran xidmətlərin, məhsulların və metodologiyaların texniki imkanlarını yaxşılaşdırır.
Komandanın başqa bir məsuliyyəti təhlükəsizliklə əlaqəli problemlərin və sualların həllini tapmaq, həmçinin təkmilləşdirilmiş təhlükəsizliyi təmin etmək üçün planlaşdırılmış, sistemli və elmi əsaslarla hazırlanan metodları hazırlamaqdır.
Effektiv Təhlükəsizlik Nəzarətləri, Kiber Təhlükəsizlik İşçi Qrupların yaradılması, Kiber Təhlükəsizlik Əməliyyat Mərkəzlərinin layihələndirilməsi və qurulması B&B T&İ tərəfindən hazırlanmış vacib metodologiyalardır.
Əlavə olaraq, Barikat Tədqiqat və İnkişaf şöbəsi ASMA və SİPER təhlükəsizlik həllərini hazırlayan proqram təminatı komandasına malikdir.
ASMA avtomatik olaraq şəbəkədəki IP-ünvanları olan aktivləri aşkarlayır və müəyyən edir, aktivləri inventarlaşdırır və təhlükəsizlik menecerlərinə qeyrı adi hallar barədə məlumat verir. SİPER, kiber təhdid haqqında məlumat toplama və paylaşma imkanlarını təqdim edən və eyni zamanda avtomatlaşdırılmış cavab üçün digər təhlükəsizlik xidmətlərinə təlimat göndərə bilən platformadır.